Bilal Ərdoğan Qalata körpüsündə: Əl-Əqsa üçün buradayıq
Bu gün İstanbulda, Qalata körpüsündə keçirilən Fələstinlə həmrəylik aksiyasında 450 mindən çox insan iştirak edib.
“turaninsesi.az” “Habertürk”ə istinadla xəbər verir ki, yürüşdə Nəcməddin Bilal Ərdoğan çıxış edib.
“Dik durmuşuq, oyağıq, buradayıq. Fələstinlə həmrəylik üçün buradayıq. Qəzzada soyqırımı pisləmək üçün buradayıq. Ayasofya açıldı, Əməvi məscidi azad edildi, indi Əl-Əqsa üçün buradayıq.
Kimsə düşünməsin ki, dünya yatarkən, müsəlmanlar da yatıb, Türkiyə oyaqdır. Qəzəbimizlə, etirazlarımızla, şüarlarımızla, dualarımızla buradayıq. Qəzzə yalqız deyil, Fələstin tək deyil, Suriya tək deyil. Biz oradayıq, inşallah hər zaman onların yanında olacağıq”, – deyə Bilal Ərdoğan vurğulayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI