Belarus tankları Ukrayna ilə sərhəddə: Lukaşenko müharibəyə qoşulmaq qərarı verib?

0

Belarus Müdafiə Nazirliyi Qomel və Mozır istiqamətlərində qoşun qruplaşmalarının gücləndirilməsi qərarı çərçivəsində Ukrayna ilə sərhədə tankların daşınmasına başlayıb.

turaninsesi.az” xəbər verir ki, bir gün əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna sərhədi yaxınlığında qoşun qruplarının gücləndirilməsi barədə göstəriş verib.

Belarusun müdafiə naziri Viktor Xrenin bildirib ki, bu ərazilərə xüsusi əməliyyat qüvvələrinin bölmələri, quru və raket qoşunları göndərilib. Onların arasında “Polonez” raket sistemləri və “İsgəndər” kompleksləri var.

Bu qərardan əvvəl Lukaşenko Ukrayna PUA-larının Belarusun hava məkanını pozduğu iddiası ilə bağlı bəyanatlar vermişdi.

“Belarusun “İskəndər”ləri və “Polonez”ləri sərhədyanı ərazilərə köçürmək niyyəti Ukrayna Silahlı Qüvvələrinin komandanlığını Kursk vilayətindəki hücumdan yayındırmaq və Vladimir Putinə kömək etmək cəhdidir”.

Bunu Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzinin (CPD) rəhbəri Andrey Kovalenko bildirib.

Ukrayna silahlı qüvvələri avqustun 6-da səhər saatlarında Kursk vilayətinin ərazisinə daxil olub.

Regionda gedən döyüşlər zamanı Ukrayna ordusu ən azı 100 kvadrat kilometr Rusiya ərazisini nəzarətə götürə bilib, onlarla rus hərbçisi əsir götürülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir