Bayden: Putin haqqında çox düşünmürəm

ABŞ prezidenti Co Bayden Ağ Evdə Böyük Britaniyanın baş naziri Keir Starmer ilə görüşündə “Vladimir Putin haqqında çox düşünmədiyini” deyib.

turaninsesi.az” xəbər verir ki, hər iki ölkənin başçılsı Ağ Evin Mavi Otaqında görüşüb və baş nazir Böyük Britaniya və ABŞ-ın müharibəni həll etmək səylərində “strateji cəhətdən birləşdiklərini” söylədi.

Starmer növbəti həftələrin və ayların Ukrayna üçün “həlledici” olacağını və iki ölkənin Rusiyaya qarşı mübarizədə Şərqi Avropa dövlətini dəstəkləməyə davam etməsinin “vacib olduğunu” deyib.

“Biz tarixən əlaqələrimizin möhkəmliyini nümayiş etdirmişik. Biz strateji cəhətdən birik və bu qlobal məsələlərdə ortaq işimiz var”, – deyə Böyük Britaniyanın baş naziri bildirib.

Rusiya prezidenti Vladimir Putinin müharibə hədəsi barədə nə düşündüyünü soruşduqda Bayden “Vladimir Putin haqqında çox düşünmürəm” deyib.

Bayden həmçinin Böyük Britaniyanın baş nazirinə Ukraynadakı münaqişə zamanı “liderliyinə” görə təşəkkür edib və əlavə edib: “Putin bu müharibədə qalib gəlməyəcək”.

“Birləşmiş Ştatlar Ukraynanın Rusiyanın təcavüzkar hücumundan müdafiəsinə kömək etmək üçün sizinlə işləməyə hazırdır. Aydındır ki, Putin bu müharibədə qalib gəlməyəcək. Ukrayna xalqı qalib gələcək”, – ABŞ prezidenti əlavə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir