Bayden: “Polşaya raketin Rusiyadan buraxılması ehtimalı azdır”
“Bunu (Polşaya raketlərin Rusiyadan buraxılması – red.) mübahisələndirən ilkin məlumatlar var. Biz hər şeyi araşdırana qədər bunu demək istəmirəm”. “Turanın səsi” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden “Raketin Rusiyadan atıldığını söyləmək hələ tez deyilmi?” sualını cavablandırarkən bildirib.
“Trayektoriya nöqteyi-nəzərindən onun Rusiyadan buraxılması ehtimalı azdır, lakin baxacağıq”, – Amerika lideri əlavə edib.
Xatırladaq ki, İndoneziyanın Bali adasında ABŞ prezidenti Cozef Bayden və bir sıra dünya liderlərinin iştirakı ilə Polşanın Ukrayna ilə sərhədyanı bölgəsində raketin düşməsi ilə bağlı insidentlə əlaqədar görüş keçirilib.