Bayden HƏMAS-ın “Əl-Qaidə”dən betər olduğunu bildirib
ABŞ Prezidenti Cozef Bayden HƏMAS yaraqlılarının “Əl-Qaidə”dəki terrorçulardan betər olduğunu deyib.
“Turanın səsi” “The Hill”ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı ölkəsinin Pensilvaniya ştatının Filadelfiya şəhərində çıxış edərkən danışıb.
“Bu hücum haqqında nə qədər çox öyrəniriksə, bir o qədər dəhşətli olduğu ortaya çıxır. 27 amerikalı da daxil olmaqla, mindən çox günahsız insan ölüb”.
Siyasətçinin sözlərinə görə, “bu oğlanlarla müqayisədə “Əl-Qaidə” saf görünür”.
“Onlar əsl şərdirlər”, – Prezident əlavə edib.