Bayden administrasiyası Ukraynaya hərbi yardım göndərəcək

Bayden administrasiyası 2024-cü ilin sonuna qədər Ukraynaya 1,22 milyard dollar məbləğində hərbi yardım göndərəcək.

turaninsesi.az” “Defense One”a istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi danışıb.

Onun sözlərinə görə, vəsaitin ayrılması amerikalı istehsalçılardan silahların alınmasını nəzərdə tutan Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində gözlənilir.

Dekabrın əvvəlində Reuters bir sənədə istinadən xəbər verdi ki, USAI vasitəsilə Amerika administrasiyası Ukraynaya 988 milyon dollar məbləğində növbəti hərbi yardım paketinin hazırlanması üzərində işləyir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI