Ballistik təhlükə: Ukraynanın bir sıra bölgələrində hava xəbərdarlığı elan edilib

Ukraynanın bəzi vilayətlərində hava xəbərdarlığı elan edilib. Rusiyanın zərbə endirmək üçün ballistik raketlərdən istifadə edəcəyi təhlükəsi var.

Bu barədə “Turanın səsi ”  Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin teleqram səhifəsinə istinadən xəbər verir.

Qeyd olunub ki, yerli vaxtla gecə saat 1-in yarısına yaxın, ölkənin şərq və cənub və şimal regionlarının bəzi yerlərində hava hücumu təhlükəsi barədə siqnallar səslənib.

“Diqqət! Həyəcan siqnalı verilən ərazilərdə ballistik silahlardan istifadə təhlükəsi var!” – elanda deyilir. Vətəndaşlardan həmçinin sığınacaqlarda qalmağa çağırılır.

Qeyd edək ki, ötən gün Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinin mərkəzində yaşayış binalarına iki raket zərbəsi endiriblər.

Hücum nəticəsində doqquz və beşmərtəbəli binalara, həmçinin digər yaşayış evlərinə, hotelə, mağazalara və inzibati binalara ziyan dəyib, iki nəfər həlak olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir