Balıkesirdə 3 gündə 879 zəlzələ oldu

Balıkesirin (Türkiyə) Sındırgı rayonunda avqustun 10-dan 12-dək 879 zəlzələ baş verib.

turaninsesi.az” xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) sosial media hesablarında məlumat verilib.

Məlumata görə, yeraltı təkanlardan 744-ü 3.0 baldan az, 120-si isə 3.0 ilə 3.9 bal arasında olub. 

Həmçinin qeyd edilən dövr ərzində 4.0 – 4.9 bal gücündə 17 zəlzələ yerli sakinlər arasında narahatlıq yaradıb.