Bəşər Əsədə Moskvada sui-qəsd cəhdi olub

Suriyanın devrilmiş Prezidenti Bəşər Əsədi Rusiyanın paytaxtı Moskva şəhərində zəhərləyiblər.
“turaninsesi.az ” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
Suriyanın sabiq liderinin səhhətinin stabil olduğu bildirilir. B.Əsəd sentyabrın 29-da Moskva ətrafındakı xəstəxanadan evə buraxılıb.
Rusiya mətbuatında yer alan xəbərlərə görə, sui-qəsdin arxasında Moskvanın dayanması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Arzu Paşaqızı