Ayətullah Xamnəi İsrailə birbaşa zərbələr endirmək əmri verib

İranın Ali Rəhbəri Ayətullah Xamnəi Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbələr endirmək əmri verib.

turaninsesi.az” xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

ABŞ nəşri əmr barədə məlumatlı 3 İran rəsmisinə istinadən bildirib.

Xamnəinin əmri İranın Haniyənin öldürüldüyünü elan etməsindən qısa müddət sonra çərşənbə günü səhər İran Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında verib.

İkisi “Sepah” üzvü olmaqla məlumatı qəzetə ötürən şəxslər “ictimaiyyət qarşısında çıxış etmək səlahiyyəti olmadığı üçün adlarının açıqlanmamasını istəyiblər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir