Avstriya Ukraynanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə qoşulub

Avstriya ATƏT-in Ukraynaya dəstək proqramı çərçivəsində Ukraynaya minalardan təmizləmə işində kömək edir.

Turanın səsi ” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq müsahibəsində bildirib.

Avstriya minalardan təmizlənməsində Ukraynaya kömək etmək üçün müxtəlif variantları nəzərdən keçirir və artıq öz humanitar töhfəsini verir.

“Biz Ukrayna hökumətinin humanitar minatəmizləmə sahəsində dəstək çağırışına tez cavab verdik. Avstriya artıq ATƏT-in “Ukraynaya Dəstək Proqramı” çərçivəsində Ukraynada minaların təmizlənməsinə öz töhfəsini verir”, – Şallenberq bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir