Avropada dərman qıtlığı müşahidə olunur
Avropa Parlamentinin üzvü, yunanıstanlı deputatı Mariya Spiraki Avropada dərman qıtlığının müşahidə olunduğunu açıqlayıb.
“Turanın səsi ” in məlumatına görə, bu barədə M.Spirakinin Avropa Komissiyasına müraciətində deyilir.
Onun sözlərinə görə, bu vəziyyət Çin və Hindistanda lazımi xammalın istehsalında və tədarükündə fasilələrin və ya azalmanın baş verməsi ilə bağlıdır.
“Əvvəllər ucuz olan dərman vasitələrinin qiymətlərinin artırılması qlobal qıtlıqla mübarizənin mümkün vasitəsi kimi nəzərdən keçirilir, bir şərtlə ki, bu tədbirin əsas ağırlığı xəstələrin üzərinə düşməsin”, – o bildirib.
Spiraki Avropa Komissiyasını bu problemi həll etmək üçün tədbir görməyə çağırıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09