Avropa Parlamentinin sədri Kiyevə hərbi və maliyyə yardımı artırmağa çağırıb

Avropa Parlamentinin sədri Roberta Metsola Ukraynaya hərbi, maliyyə və humanitar yardımı artırmağa çağırıb.

Bu barədə” Turanın səsi”  “DW” nəşrinə istinadən xəbər verir.

“Bu müharibə təcili dayandırılmalıdır və Ukrayna bu müharibədə qalib gəlməlidir. Ukraynaya daha çox silah, maliyyə və humanitar yardım göstərilməlidir. Bütün bunlar fonunda Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq edilməlidir. Ukraynanın silaha ehtiyacı var və Avropa bu silahları verməklə kömək edə bilər”- deyə, o bildirib.

Bundan əlavə, R.Metsola Ukraynaya qarşı hərbi cinayətlərin araşdırılması üçün xüsusi tribunalın yaradılmasına çağırıb.

“Ukraynalılara qarşı sübutları toplanan hərbi cinayətlər və mülki infrastrukturun davamlı şəkildə məhv edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir