Avropa ölkələrinin liderləri Ukraynaya 4,4 milyard avroluq hərbi yardım etdiklərini açıqlayıblar

2022-ci ilin fevral ayından etibarən Şimali Avropa ölkələrindən Ukraynaya verilən hərbi yardımın həcmi təxminən 4,4 milyard avro təşkil edir.

Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya və Ukrayna prezidentlərinin, həmçinin Danimarka, İslandiya, Norveç və İsveç baş nazirlərinin görüşündən sonra yayılmış birgə bəyanatda deyilir.

“Şimali Avropa ölkələri müxtəlif silah sistemləri, o cümlədən bahalı hava hücumundan müdafiə sistemləri, “Leopard” döyüş tankları, zirehli döyüş maşınları, artilleriya sistemləri və sursatlar ianə etməklə Ukraynaya ciddi hərbi yardım ediblər. 2022-ci ilin fevral ayından Ukraynaya təqdim edilən milli hərbi yardım paketlərinin ümumi dəyəri təxminən 4,4 milyard avro təşkil edir”, – bəyanatda vurğulanır.

Hərbi yardımdan əlavə, bütün Şimali Avropa ölkələri Ukraynaya maliyyə, humanitar və təcili yardım göndəriblər ki, bu da artıq 1,5 milyard avronu keçib və artmaqda davam edəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir