Avropa liderləri Ukraynaya görə bir araya gəlir

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Polşanın baş naziri Donald Tusk Cümə günü Berlində Ukrayna böhranı ilə bağlı ümumi mövqe ortaya qoymağa çalışacaqlar.

Turanın səsi ” xəbər verir ki, bu, Ukrayna məsələsi ilə bağlı son həftələrdə açıq şəkildə artan gərginliyi azaltmaq cəhdi olacaq.

Əvvəlcə Şolz və Makronun, daha sonra isə Tuskun onlara qoşulacağı planlaşdırılır. Liderlər görüşlərinin birlik nümayiş etdirməsini istəyirlər, çünki Paris və Berlin arasında Ukrayna ilə bağlı gərginlik son vaxtlar açıq düşmənçiliyə çevrilib.

Fransa və Almaniya arasında Ukrayna ilə bağlı fikir ayrılıqları fevralın sonunda Makronun Qərbin Ukraynaya qoşun yeritməyin zəruri olacağı hadisələrin inkişafını istisna etməməli olduğunu deməsi ilə güclənib. Şolz, eləcə də ABŞ və bir çox digər ölkələrin rəhbərliyi Makronla razılaşmayıb və xatırladıb ki, NATO Ukrayna münaqişəsinin lap əvvəlindən öz qüvvələrini Ukrayna ərazisinə göndərməməyə razı olub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir