Avropa Komissiyası Rusiyanın 207 milyard avroluq aktivlərini dondurub

“Ukraynada müharibə başlayandan sonra Rusiyanın Avropa İttifaqında dondurulan suveren aktivlərinin dəqiq məbləği 207 milyard avro təşkil edir”.

Turanın səsi ” xəbər verir ki, bunu Avropa Komissiyasının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders iyulun 3-də Haaqada keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası Rusiya Mərkəzi Bankının aktivləri də daxil olmaqla, Avropada dondurulmuş 207 milyard avro məbləğində Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpasının maliyyələşdirilməsi üçün istifadə imkanlarını nəzərdən keçirir.

D.Reynders təsdiqləyib ki, Avropa Komissiyası bu yolla ildə 3 milyard avroya qədər vəsait əldə edəcəyini gözləyir.

Komissar söyləyib ki, Avropa Komissiyası Rusiya aktivlərinin dondurulması, yenidən investisiya qoyuluşu və müsadirə imkanlarının axtarışı ilə bağlı işlərə nəzarət edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir