Avropa komissarı: “Ukrayna enerjisinə dəyən ziyan kritik həddə yaxınlaşıb”

0

“Ukrayna enerjisinə dəyən ziyan kritik həddə yaxınlaşıb”.

“Turanın səsi ” xəbər verir ki, bu barədə Ukraynada səfərdə olan böhranların idarə edilməsi üzrə Avropa Komissiyasının üzvü Yanez Lenarçiç məlumat verib.

Onun sözlərinə görə, Avropa İttifaqı enerji problemlərinin həlli üçün Kiyevə hər cür kömək etməkdə davam edir:

“Ukraynanın enerji infrastrukturunun dağıdılması kritik həddə çatır. Avropa İttifaqı ölkənin elektrik enerjisi təchizatına kömək etmək üçün dayanmadan çalışır”.

Qeyd edək ki, Aİ-nin mülki müdafiə mexanizmi vasitəsilə Ukraynaya əlavə dəstək hazırda Belçika, Almaniya, Lüksemburq, Slovakiya, İsveç və Finlandiya kimi ölkələr tərəfindən verilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir