ATƏT sədri Ukraynada səfərdədir – YENİLƏNİB

ATƏT sədri Buyar Osmani Kiyevdə səfərdədir.

turanın səsi ” xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

B.Osmani paylaşımında Ukraynada olduğunu bildirib: “Qatarla doqquz saatlıq yoldan sonra Kiyevə çatdıq. Regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə etmək və yerlərdə insanlara kömək etmək üçün Ukrayna liderləri ilə məhsuldar görüşləri səbirsizliklə gözləyirik”.

11:56

ATƏT-in yeni sədri Buyar Osmani bu gün Ukraynanın paytaxtı Kiyevə səfər edəcək. “Turanın səsi ” ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, məqsəd humanitar və təhlükəsizlik məsələlərini müzakirə etməkdir.

Eyni zamanda müharibənin dinc əhaliyə, mülki infrastuktura təsiri məsələləri barədə fikir mübadiləsi aparılacaq.

B.Osmaninin bir sıra rəsmi şəxslərlə, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir