Antalyaya uçan sərnişin təyyarəsi Aktauya məcburi eniş etdi

“Almatı-Antalya” reysi ilə hərəkət edən “Air Astana” şirkətinə məxsus sərnişin təyyarəsi Aktau şəhərində məcburi eniş edib.

turaninsesi.az” “tengrinews”a istinadla xəbər verir ki, hadisəyə səbəb mərkəzi yanacaq çəninin qoruyucu klapanındakı nasazlıq olub.

Sözügedən ehtiyat hissəsinin çatdırılması zaman tələb etdiyindən reysin yerinə yetirilməsi 9 yanvar, yerli vaxtla saat 09:20-yə təyin edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI