Ankarada Türkiyə və İran prezidentlərinin görüşü baş tutub – YENİLƏNİB

0

İran Prezidenti İbrahim Rəisi Türkiyədə rəsmi səfərdədir.

Turanın səsi ” xəbər verir ki, onu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb.

Hazırda iki prezident arasında təkbətək görüş keçirilir.

12:40

İran Prezidenti İbrahim Rəisi Türkiyəyə rəsmi səfərə yola düşüb.

Turanın səsi ”  İran mətbuatına istinadən bildirir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində iki ölkə prezidentlərinin təkbətək görüşü olacaq. Sonra R.T.Ərdoğan və İ.Rəisinin sədrliyi ilə İran-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının səkkizinci iclası keçiriləcək.

Daha sonra prezidentlərin mətbuat konfransı olacaq.

İ.Rəisi Ankaraya yola düşməmişdən əvvəl hava limanında jurnalistlərə açıqlama verib. O bildirib ki, səfər zamanı ikitərəfli əlaqələri, xüsusən də iqtisadi və ticarət məsələlərini müzakirə etməyi planlaşdırır.

İ.Rəisinin sözlərinə görə, səfər zamanı iki ölkənin ticarət-iqtisadi əlaqələrini inkişaf etdirmək üçün mühüm sənədlər imzalanacaq.

Qeyd edək ki, İ.Rəisinin Türkiyəyə səfəri yanvarın 4-nə nəzərdə tutulmuşdu. Ancaq ictimaiyyət üçün açıqlanmayan səbəblərdən səfər bir neçə dəfə təxirə salınmışdı.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir