Ankarada terror hücumu: Dörd şəhid, 14 yaralı
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.
“turaninsesi.az” xəbər verir ki, Türkiyə lideri bunu Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
Eyni zamanda, hadisə yerinə Jandarma Xüsusi Əməliyyat Dəstəsi göndərilib.