Amerikanın Rusiya ilə bağlı QORXUNC PLANI üzə çıxdı

Co Bayden Amerika ordusuna tapşırıq verib. 

turaninsesi.az” xəbər verir ki, bu haqda “The New York Times” (NYT) qəzeti məlumat yayıb. Qəzet iddia edib ki, Bayden mart ayında təsdiqlənmiş məxfi sənədin məzmununda “yenidən Çin təhdidinə fokuslanan gizli nüvə strategiyasını” təsdiqləyib. 

Xəbərdə Ağ Evin Baydenin qərarını açıqlamadığı və “Nüvə Yerləşdirmə Bələdçisi” adlı strategiyada Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinasiyalı nüvə münaqişələrinə qarşı hazırlıq planlarının olduğunu iddia etdiyi vurğulanıb.

Xəbərdə 4 ildən bir yenilənən sənədin “tam məxfi” olduğu üçün elektron nüsxəsinin olmadığı, Pentaqonda sənədin çap nüsxələrinin yalnız bir neçə milli təhlükəsizlik məmuruna və yüksək rütbəli komandirlərə verildiyi vurğulanıb. 

Qeyd edilib ki, ABŞ Təhlükəsizlik Şurasının silahlara nəzarət və kütləvi qırğın silahlarının yayılmaması üzrə baş direktoru Pranay Vaddi iyun ayında bu sənədə istinad edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir