Almanlar evlərindən çıxa bilmir – Rekord 41,3 dərəcə…
Almaniyada ötən gecə havanın temperaturu 29,4 dərəcəyə qədər yüksələrək ölkənin meteoroloji müşahidə tarixində ən isti gecə kimi qeydə alınıb.
“turaninsesi.az ” xəbər verir ki, Almaniya Meteorologiya Xidmətinin məlumatına görə, bu rekord Saksoniyanın şərqindəki Kubşüts qəsəbəsində qeydə alınıb.
İyunun 27-də isə ölkə ərazisində gündüz temperaturu yeni zirvəyə yüksələrək 41,5 dərəcəyə çatıb. Beləliklə, artıq ikinci gün ardıcıl olaraq maksimal temperatur həddi keçir. Bir gün əvvəl Saarbrükken-Burbax stansiyasında termometrlər 41,3 dərəcə göstərmişdi.
Ekspertlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi səbəbindən belə ekstremal istilər və isti dalğaları gələcəkdə daha tez-tez təkrarlanacaq. Hazırda ölkənin şərq və qərb rayonlarında güclü tufan və fırtına riski ilə bağlı xəbərdarlıqlar verilib.
Arzu Paşaqızı