Almaniyanın daxili işlər naziri qaçqınlara qarşı daha sərt münasibətin tərəfdarıdır

0

Almaniyanın daxili işlər naziri Nensi Feser Avropa İttifaqı (Aİ) daxilində stasionar sərhəd nəzarətinin tətbiqinə qarşı çıxıb və Almaniyadakı qaçqınların sayının tezliklə azalacağına ümid etdiyini bildirib.

turanın səsi ” xəbər verir ki, o, bu fikrini “Bild am Sonntag” qəzetinə verdiyi müsahibəsində bildirib.

“Mən Avropa Birliyinin ürəyini – açıq daxili sərhədləri qorumaq istəyirəm. Maneələrin bərpası bizi onilliklər geriyə aparardı. Bu, iqtisadiyyatımıza və ailələrə böyük ziyan vuracaq”-deyə, o vurğulayıb.

Eyni zamanda, nazir ittifaq ölkələri arasında Aİ-də qalmaq perspektivi olmayan qaçqınlara qarşı daha sərt münasibəti nəzərdə tutan razılaşmanın tərəfdarı olduğunu bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir