Almaniyanın büdcəsində Ukraynaya dəstək üçün 5 milyard avrodan çox vəsait çatışmır
Almaniyanın maliyyə naziri Kristian Lindner 2024-cü il büdcə layihəsinə Ukraynaya kömək üçün çox az pul daxil edib, 5 milyard avrodan çox vəsait çatışmır.
Bu barədə “Turanın səsi” “Bild”ə istinadən xəbər verir.
İddia olunub ki, büdcə layihəsində Ukrayna üçün cəmi 120 milyon avro göstərilib, halbuki Almaniya Müdafiə Nazirliyi rəsmi Kiyevin gələn il 5,22 milyarda ehtiyac duyacağını bəyan edib.
Vəsait əsasən hava hücumundan müdafiə (880 milyon avro), zirehli döyüş maşınları (675 milyon avro), təlim (390 milyon avro), qoruyucu vasitələr (935 milyon avro), təmir, ehtiyat hissələri və logistika üçün (2,34 milyard avro) xərcələnəcək.
Həmçinin, artıq Bundesverə verilmiş avadanlığın dəyişdirilməsi üçün 525 milyon avro büdcəyə daxil edilməyib.