Almaniyalı alim: “Kainatdakı bütün planetlərə almaz yağışı yağa bilər” – FOTO

Kainatdakı bütün planetlərə almaz yağışı yağa bilər.

Almaniyalı alim Uran və Neptunun dərinliklərində əmələ gələn yağışları incələdikdən sonra bu qənaətə gəlib.

Elm adamları əvvəllər fərz edirdilər ki, həddindən artıq yüksək təzyiq və temperatur Uran və Neptunun səthindən minlərlə mil aşağıda hidrogen və karbonu sərt almazlara çevirir.

İndi isə yeni araşdırma aparılıb və məlum olub ki, almaz yağışının yaranması düşünüldüyündən daha çox baş verir.  

Bu barədə “Science Advances” nəşrində yazı dərc olunub.

“Neptun və Uran kimi buz nəhəngləri günəş sistemimizdən kənarda ən çox yayılmış planet forması hesab olunur. Bu isə deməkdir ki, almaz yağışları bütün kainatda baş verə bilər”, – deyə.

Almaniyanın HZDR tədqiqat laboratoriyasının fiziki və həmçinin araşdırmanın müəlliflərindən biri Dominik Kraus bildirib. O qeyd edib ki, almaz yağışları Yerdəki yağışdan kəskin şəkildə fərqlənir.

Alim həmçinin əlavə edib ki, düşən almazlar “yüzlərlə kilometr və ya daha çox” ərazidə böyük təbəqələr əmələ gətirə bilər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir