Almaniyadan Suriya ilə bağlı yeni qərar

Almaniya hökuməti suriyalıların miqrasiya müraciətləri ilə bağlı prosedurları dayandırıb. Bundestaq Bəşər Əsədin devrilməsindən sonra belə bir addım atıb.

turaninsesi.az” xarici mediaya istinadən xəbər verir ki, yeni qərar təxminən 47 min nəfəri əhatə edəcək. Lakin qərar təhsil və iş müraciəti artıq təsdiqlənmiş suriyalılara şamil edilməyəcək.

Qeyd edək ki, 2011-ci ildən Suriyada başlayan vətəndaş müharibəsindən sonra 10 minlərlə suriyalı Almaniyaya sığınıb. Onların bəziləri qanuni yolla miqrasiya etsə də, əksəriyyəti qanunsuz yollarla Avropaya keçib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI