Almaniyada terror aktı törətmək istəyən iranlılar saxlanılıb

0

Yanvarın 8-nə keçən gecə Almaniyanın terrorla mübarizə üzrə polisinin xüsusi təyinatlıları 32 yaşlı İran vətəndaşını dini zəmində terror aktı hazırlamaqda şübhəli bilinərək saxlayıb.

Turanın səsi ”  “Deutsche Welle”yə istinadən xəbər verir ki, polisin xüsusi təyinatlı qüvvələri gecə yarısı Kastrop-Rauxel şəhərində bir iranlının mənzilinə basqın ediblər.

Şübhəli, eləcə də onun qardaşı olduğu güman edilən başqa bir şəxs küçəyə çıxarılıb, yalnız alt paltarı və köynəklə çölə çıxarılaraq polis mikroavtobusuna mindirilib. Onların heç biri müqavimət göstərməyib.

“Təqsirləndirilən şəxs dövlət üçün təhlükə yaradan ciddi zorakılıq aktı hazırlamaqda şübhəli bilinir”, – prokurorluğun sözçüsü bildirib.

Saxlanılan şəxs kimyəvi döyüş maddəsi olan risin, həmçinin yüksək dərəcədə zəhərli sianid əldə etməkdə ittiham olunur. İstintaq orqanları onun hücumu hazırlamaqda nə qədər irəlilədiyini dəqiqləşdirməyiblər. Terror aktının mümkün hədəfləri barədə məlumat verilməyib.

“Bild” qəzetinin məlumatına görə, Cinayət işləri üzrə Federal İdarə iranlını bir neçə gün müşahidə altında saxlayıb. Hücumun hazırlanması ilə bağlı məlumat Almaniya təhlükəsizlik qüvvələrinə “dost kəşfiyyat xidməti”ndən daxil olub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir