Almaniyada 7 minə yaxın həkim etiraz aksiyasında iştirak edib

Almaniyanın müxtəlif federal torpaqlarında keçirilən və xəbərdarlıq məqsədi daşıyan etiraz aksiyasında 23 universitet xəstəxanasından 7 minə yaxın həkim iştirak edib.

Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə “Marburger Bund” həmkarlar ittifaqı məlumat yayıb.

Məlumta görə, həkimlərin əsas tələbi maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılmasıdır.

Bu yaxınlarda həkimlərin həmkarlar ittifaqı ilə dövlət işəgötürənləri arasında aparılan danışıqların dördüncü mərhəkəsi uğursuz başa çatıb. Həkimlər əmək haqqının 12,5% artırılmasını və gecələr, həftə sonları və bayram günlərində müntəzəm işləyənlər üçün əlavə mükafatlar tələb edirlər.

Mitinqlər Almaniyanın müxtəlif şəhərlərində, o cümlədən Düsseldorf, Münhen və Kildə keçirilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir