Almaniya Ukraynaya hərbi yardımı 5 dəfə artırmaq istəyir
![](https://turaninsesi.az/wp-content/uploads/2023/03/almanya-hakkinda-gercekler-1.jpg)
Almaniya Ukraynaya hərbi yardımı 5 dəfə artırmaq və onu 15 milyard avroya çatdırmaq istəyir.
Bu barədə “turanın səsi ” “Der Spiegel”ə istinadən xəbər verir.
“Ukraynaya silahlı yardım xeyli genişlənir”, – məqalədə deyilir.
Qeyd olunur ki, Almaniya növbəti illərdə Ukraynaya hərbi yardımı dəfələrlə artırmaq istəyir.
“Berlin yardımı 3 milyard avrodan 15 milyard avroya qədər artırmaq istəyir”, – “Der Şpiegel” əlavə edib.
Qeyd edək ki, Almaniya hərbi yardım çərçivəsində Ukraynaya 18 ədəd “Leopard 2” tankı tədarük edib.