Almaniya Ukraynaya 45 “Gepard” zenit-raket kompleksi verəcək

Almaniya bu ilin sonuna kimi Ukraynaya daha 45 ədəd “Gepard” özüyeriyən zenit-raket kompleksi təhvil verməyi planlaşdırır.

Turanın səsi ” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Berlin Kiyevə indiyədək 34 ədəd “Gepard” təhvil verib. Bu ölkə Ukraynaya yaxın həftələrdə daha 15 özüyeriyən zenit-kompleksi tədarük edəcək.

Qeyd edək ki, bu hərbi texnikanın tədarükü ABŞ ilə əməkdaşlıq çərçivəsində Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün həyata keçirilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir