Almaniya Rusiyanın nüvə sektorunun Aİ-nin sanksiyalar paketinə daxil edilməsini istəyir

Almaniya hökuməti Rusiyanın nüvə sektorunun Avropa İttifaqının (Aİ) 11-ci sanksiya paketinə daxil edilməsini dəstəkləyir.

turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek DPA agentliyinə müsahibəsində bildirib.

“Nüvə texnologiyası çox həssas sahədir və burada Rusiyanı artıq etibarlı tərəfdaş hesab etmək olmaz”, – o deyib.

R.Habek hesab edir ki, Rusiya enerji resurslarından asılılıqdan təzyiq göstərmək üçün istifadə edir.

“Bununla əlaqədar olaraq, Almaniya hökuməti Avropa Komissiyasına Rusiyanın mülki nüvə sektorunun sanksiya siyahısına daxil edilməsi zərurəti barədə məlumat verib. Bu, növbəti sanksiyalar paketinin bir hissəsi olmalıdır”, – alman nazir söyləyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir