Almaniya prezidenti parlamenti buraxdı

Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Staynmayer ölkə parlamentinin buraxılmasını istəyib. O bu barədə kansler Olaf Şultza rəsmi müraciət ünvanlayıb.

turaninsesi.az” xəbər verir ki, Almaniyada növbədənkənar parlament seçkiləri 23 fevral tarixində keçiriləcək. Seçkilərdə yeni iqtidar koalisiyasının qurulması gözlənilir.

Almaniyada artıq bir neçə aydır ki, hökumət böhran içərisindədir.

Parlamentin buraxılması ilin ortasında planlaşdırılsa da, Xristan Demokrat Partiyası koalisiya ortaqlarını müvəqqəti razı salmağı bacarmışdı.