Almaniya NATO-nu qorumaq üçün 30 min əsgəri hazır vəziyyətdə saxlayır
Almaniya NATO ərazisinin mühafizəsi səylərinə töhfəsini artırmaq niyyətindədir və 2025-ci ildən alyansı yüksək döyüş hazırlığında olacaq 30 min hərbçi ilə təmin etməyi planlaşdırır.
“Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Berlində Almaniya kansleri Olaf Şolts NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
Kansler, həmçinin qeyd edib ki, o, Stoltenberqlə xüsusilə Şimali Avropada kritik infrastrukturun qorunması məsələsini müzakirə edib.
“Şimal axınındakı təxribat göstərdi ki, biz enerji infrastrukturumuz üçün riskləri tamamilə yenidən qiymətləndirmək məcburiyyətindəyik. Bu, xüsusilə Şimal dənizinə aiddir”, – Şolts bildirib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09