Almaniya müharibə başlayandan Ukraynaya 12 milyard avrodan çox yardım edib
Almaniya müharibə başlayandan Ukraynaya 12 milyard avrodan çox yardım edib.
” turanın səsi ” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Volfqanq Buxner bildirib.
Onun sözlərinə görə, Almaniya qətiyyətlə Ukraynanın yanındadır.
Silah tədarükü ilə bağlı Buxner qeyd edib ki, ölkəsi Ukraynaya lazım olan silahları verir.
“Bu kömək elə bir şəkildə verilir ki, Almaniya və NATO müharibə tərəfinə çevrilməsin. Berlin bundan sonra da bu prinsipə sadiq qalacaq”, – sözçü vurğulayıb.
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09