Almaniya II Dünya Müharibəsindəki ziyana görə Polşa ilə təzminat danışığından imtina edib

0

Polşa Xarici İşlər Nazirliyi bildirib ki, Almaniya hökuməti İkinci Dünya Müharibəsi zamanı bu ölkəyə vurduğu ziyana görə Varşava ilə danışıqlar aparmaqdan imtina edən diplomatik nota verib.

Turanın səsi ” in xəbərinə görə, Almaniya Xarici İşlər Nazirliyi Polşanın oktyabrın əvvəlində, dekabrın sonunda göndərdiyi notaya cavab verib.

Varşava sənədi yanvarın 3-də alıb.

Polşa Xarici İşlər Nazirliyi bildirib ki, Almaniya tərəfinin cavabı təzminat məsələsinin bağlandığını və Berlinin bu barədə danışıqlar aparmaq niyyətində olmadığını göstərir.

Lakin Varşava problemin həlli üçün səyləri davam etdirəcəyinə söz verib.

Xatırladaq ki, faşist Almaniyası İkinci Dünya Müharibəsində Polşaya külli miqdarda ziyan vurub, bu ölkənin 6 milyon nəfərdən çox sakini həlak olub. Ölənlərin böyük əksəriyyəti mülki şəxslərdir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir