AK Rusiyanın pulu ilə Ukrayna üçün silah alır
Avropa Komissiyası Rusiya Federasiyasının dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirdən Ukraynaya silah alınması üçün 1,5 milyard avroluq birinci tranşın ayrıldığını elan edib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X-də yazıb.
O qeyd edib: “Bu gün biz Rusiyanın immobilizasiya olunmuş aktivlərindən Ukraynanın müdafiə və yenidənqurma ehtiyacları üçün 1,5 milyard avro vəsait köçürdük. Ukraynanı və bütün Avropanı daha təhlükəsiz yerə çevirməkdən daha yaxşı simvol və Kremlin pulundan daha yaxşı istifadə ola bilməz”.
Bundan əvvəl Avropa Komissiyası Rusiyanın aktivlərindən müsadirə olunan bütün gəlirlərin 90%-nin silah alışına sərf ediləcəyini bildirmişdi.