“Aİ üzvlüyü haqqında qanun Rusiya ilə münasibətlərdə riskləri artırmayacaq” – Paşinyan
Ermənistanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlı qanun Avrasiya İqtisadi İttifaqı və Rusiya ilə münasibətlərdə riskləri artırmayacaq.
“turaninsesi.az” -ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Baş nazir Nikol Paşinyan deyib.
O eyni zamanda qəbul edilən qanunu balanslaşdırılmış siyasətin sübutu adlandırıb:
“Biz çoxsaylı risklərin olduğunu bilirik. Lakin bu qərar həmin riskləri daha təhlükəli yox, daha idarəolunan edir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI