Aİ Ukrayna hərbçilərinin Polşada təlimi üçün daha 45 milyon avro ayıracaq
Avropa İttifaqı Ukrayna hərbçilərinin Polşada təlim keçməsi üçün əlavə 45 milyon avro ayıracaq.
” Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel deyib.
Onun sözlərinə görə, müharibə başlayandan hərbi yardımın ümumi məbləği 49 milyard avroya çatıb.
Borel, həmçinin Avropa Sülh Fondundan Kiyevə 500 milyon avro məbləğində hərbi yardımın yeni tranşının ayrılmasına dair razılaşmanı təsdiqləyib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09