Aİ səfirləri Ukraynaya silah-sursat üçün 1 milyard avro ayrılması qərarını təsdiqləyib


Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri Ukrayna Silahlı Qüvvələri üçün silah-sursat alınması üçün 1 milyard avronun ayrılması barədə qərarı təsdiqləyiblər.

turanın səsi ” xəbər verir ki, müvafiq qərar Brüsseldə Daimi Nümayəndələr Komitəsinin (COREPER) iclası zamanı qəbul edilib.

“Aİ səfirləri Ukrayna Silahlı Qüvvələrinə dəstək olmaq məqsədilə silah-sursat və raketlərin birgə alınması üçün Avropa Sülh Fondu çərçivəsində 1 milyard avro məbləğində yardım tədbirləri haqqında qərarı təsdiqləyiblər”, – məlumatda bildirilir.

Qərarın təfərrüatları barədə məlumat yoxdur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir