Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
Avropa İttifaqında üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas “X” hesabında yazıb.
O qeyd edib: “Avropa qərar verdi: Avropa İttifaqının xarici işlər nazirləri elə indicə Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına qərar verib. Bu, Moskvanın apardığı müharibəni maliyyələşdirmək üçün gəlir əldə etməkdən məhrum edəcək. Rusiya vurduğu ziyanın hesabını verməlidir”.