Aİ Rusiyaya qarşı daha 5,3 milyard dollarlıq ticarət məhdudiyyətləri tətbiq etmək niyyətindədir

0

Rusiyaya qarşı 12-ci sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı ticarət məhdudiyyətlərini tətbiq etməyi planlaşdırır, onların ümumi həcmi 5,3 milyard dollar təşkil edir.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Təklif olunan yeni məhdudiyyətlər qaynaq avadanlığının, kimyəvi məhsulların və hərbi məqsədlər üçün istifadə oluna bilən digər texnologiyaların ixracına təsir göstərəcək. Aİ proqram təminatı lisenziyalarının və bəzi emal edilmiş metalların, alüminium və tikinti məhsullarının, nəqliyyat məhsulları və almazların idxalını qadağan etməyi də nəzərdən keçirir.

Aİ-nin yeni sanksiyalar siyahısına 100-dən çox fiziki və 40 hüquqi şəxsin də daxil ediləcəyi gözlənilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir