Aİ Qəzzaya yardım paketi hazırlayır

Avropa İttifaqı (Aİ) Qəzza üçün 120 milyon avro dəyərində yeni yardım paketi elan edib.

turaninsesi.az” xəbər verir ki, bu, 2023-cü ildən bəri Qəzzaya göstərilən Aİ humanitar yardımının ümumi məbləğini 450 milyon avroya çatdırır. 

Paket qida çatışmazlığını aradan qaldırmaq üçün ərzaq yardımını, səhiyyə müəssisələrinin fəaliyyətini dəstəkləmək və tibbi ləvazimatlarla təmin etmək üçün səhiyyə yardımını, su və sanitariya xidmətlərə çıxışı təmin etmək üçün su, sanitariya və gigiyena dəstəyini, məcburi köçkünlərə təhlükəsiz yaşayış yeri təmin etmək üçün sığınacaq yardımını, eləcə də həssas əhali qrupunun təhlükəsizliyini dəstəkləmək üçün müdafiə yardımını əhatə edir.