Aİ-nin ali nümayəndəsi: “Ukraynanın ikinci Belarusa çevrilməsini istəmirik”

“Qərb Kiyevə hərbi dəstəyi dayandırsa, müharibə 1-2 həftəyə başa çata bilər. Bu halda Ukrayna ikinci Belarusa çevrilə bilər. Biz bunu istəmirik”.

Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib.

O bildirib ki, əsas məsələ müharibəni bitirmək yox, savaşa necə son verməkdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir