Aİ İrana qarşı yeni sanksiyalar paketi hazırlayır

Avropa İttifaqı Rusiyaya müdafiə sektorunda kömək etdiyinə görə İrana qarşı sanksiyalar paketi hazırlayır.

turaninsesi.az” Bloomberg-ə istinadla xəbər verir ki, birlik bu ayın sonunda Aİ liderlərinin sammitindən əvvəl bu addımı təsdiqləməyə çalışır.

Mənbələrin məlumatına görə, sanksiyalar maşınqayırma, metallurgiya və aviasiya şirkətləri də daxil olmaqla, ona yaxın fiziki və hüquqi şəxsə şamil ediləcək. Bununla belə, sanksiyaların qəbulu bütün Aİ dövlətlərinin dəstəyini tələb edir.

Bundan əlavə, Birləşmiş Ştatlar İsrailə son raket hücumuna görə Tehrana qarşı sanksiyalar tətbiq edəcəyini bildirib və müttəfiqlərini də eyni addımı atmağa çağırır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir