Aİ İran və Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Aİ Şurası İran və Rusiya arasında hərbi-texniki əməkdaşlıq, Yaxın Şərq və Qırmızı dəniz regionunda silahlı qrup və təşkilatlara dəstək ilə əlaqədar sanksiyaları genişləndirib.
“turaninsesi.az” xəbər verir ki, əlavə tədbir İranın PUA, raketlər və əlaqəli texnologiya və komponentlərin ötürülməsi üçün gəmilərdən və limanları əhatə edir.
Şura İran və Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıqda iştirak edən 1 şəxs və 4 təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər görüb.
Sənəddə “Iran Shipping Lines” (IRISL) və onun direktoru Məhəmməd Rza Xiyabani, habelə Rusiyanın “MG Flot”, “VTS-Broker” və “Arapax” gəmiçilik şirkətlərinin adları çəkilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI