Aİ gələn il Ukraynaya aylıq 1,5 milyard avro verməyi planlaşdırır

0

Avropa Komissiyası gələn il Ukraynaya hər ay təxminən 1,5 milyard avroluq dəstəyin verilməsi üzərində işləyir.

Bu barədə “Turanın səsi” “Politico”ya istinadən xəbər verir.

Məlumata görə, Komissiya Avropa İttifaqının (Aİ) maliyyə nazirlikləri ilə dəstəyin necə təmin oluna biləcəyini müzakirə edir. Rəsmilər əlavə edib ki, ümumi məbləğ, eləcə də qrant və ya kreditlərin nisbəti hələ də müzakirə olunur.

Təkliflər gələn həftə və ya oktyabrın 25-də Berlində Almaniyanın Ukraynanın bərpası ilə bağlı təşkil etdiyi konfrans ərəfəsində gündəmə gələ bilər.

“Ukraynaya makromaliyyə yardımı şəklində qısamüddətli yardımın göstərilməsi indiyədək birdəfəlik həyata keçirilib”, – Avropa komissarı Yohannes Qan bildirib.

Qan, həmçinin, yardıma davamlı ehtiyacı nəzərə alaraq, daha yüksək dərəcədə proqnozlaşdırıla bilmək üçün daha strukturlaşdırılmış qərarın nəzərdən keçirilə biləcəyini söyləyib. Buna görə də o, Aİ ölkələri ilə ən azı gələn il daha strukturlaşdırılmış, proqnozlaşdırıcı və avtomatlaşdırılmış dəstəyə imkan verəcək həll yolu üzərində işləyir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir