Ağ Evin Qəzzaya dair sülh planı var
Co Bayden Qəzza zolağında atəşkəs razılaşmasının yekun variantını İsrailə və HƏMAS hərəkatına göndərməyi planlaşdırır.
“turaninsesi.az” Axios-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan məlumat yayıb.
Qəzza zolağında öldürülmüş altı girovun cəsədinin bu yaxınlarda tapılması Baydenin məsləhətçilərini mümkün qədər tez razılığa gəlməyin zəruriliyinə inandırıb.
Tərəflərə cavab vermək üçün 1 həftə vaxt veriləcək.