Ağ Evdə Tramp və Zelenski arasında gərginlik – ŞOK DİALOQ

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri zamanı Ağ Evdə baş tutan danışıqlarda gərginlik yaşanıb.

turaninsesi.az” xəbər verir ki, kadrlar sosial şəbəkələrdə yayılıb.

Yüksək tonlu müzakirələr Ukrayna liderinin ABŞ-nin təhlükəsizlik zəmanətləri verməli olduğunu bildirdikdən sonra başlayıb.

Cavab olaraq Tramp Zelenskiyə ABŞ-yə hörmətsizlik göstərdiyini və “Amerikanın nə etməli olduğunu diktə etmək hüququnun olmadığını” söyləyib.

“Müharibənin başlanğıcından bəri əlverişsiz şəraitdəsiniz. Siz minnətdar olmalısınız. İnsanlar ölür, sizdə hərbi qüvvələr çatışmır. Siz bizə atəşkəs istəyib-istəmədiyinizi deyə bilməzsiniz. Bu axmaq prezident (Co Bayden – red.) vasitəsilə sizə 350 milyard dollar verdik, hərbi texnika verdik. Əgər bizim hərbi texnikamız olmasaydı, bu müharibə iki həftədən az vaxta bitərdi” – ABŞ prezidenti əlavə edib

Zelenski oxşar sözləri Putinin dilindən də eşitdiyini vurğulayıb.

“Bu şəkildə işlər davam edə bilməz”, – deyə Tramp etiraz edib.

İddialara görə, tərəflər məsləhətləşmələr üçün danışıqları yarıda dayandırıblar.