Ağ Ev xarici yardımları 90 günlüyə dayandırdı
ABŞ prezidenti Donald Trampın sərəncamına əsasən, Birləşmiş Ştatlar digər ölkələrə yardımı 90 gün müddətinə dayandırır.
“turaninsesi.az” xəbər verir ki, bu, “proqramların effektivliyini qiymətləndirmək üçün ABŞ-nin siyasətinə uyğunluğunu yoxlamaq üçün” edilir.
Sənəddə qeyd edilir ki, “ABŞ-ın xarici yardım sənayesi” Amerikanın maraqlarına və bir çox hallarda Amerika dəyərlərinə uyğun gəlmir.
İndi yardım proqramları nəzərdən keçirildikdən sonra onların hər biri davam etdirilə, dəyişdirilə və ya ləğv edilə, baxış hər hansı pozuntu və ya problem aşkar etmədikdə, yardımın uzadılması hətta 90 gün bitməmişdən əvvəl baş verə bilər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI